Yerevanda etiraz aksiyalari davam edir FOTO
Yerevanda etiraz aksiyalari davam edir FOTO
13 Avqust 2016 / 23:36 / Baxış sayı: 634
Font1 Font2 Font3 Font4
Bizimxeber

Yerevanın Azadlıq meydanında müxalifətin növbəti mitinqi keçirilib.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, tədbirdə müxalif “Təsis parlamenti”nin üzvləri Arutyun Ağlamazyan və Vaqram Petrosyan, “Ayazn” partiyasının üzvü Armen Ovanisyan, “AİM” partiyasının üzvü Qagik Saruxanyan və məşhur yazıçı, publisist və ictimai xadim Varqdes Qaspari çıxış ediblər.

Varqdes Qaspari mikrofona üzərində “Serjik qatildir!” yazılmış şüarla çıxıb. Şüarda həmçinin 2008-ci ilin mart ayının 1-də öldürülmüş şəxslərin və Ermənistan ordusunun özbaşınalıq nəticəsində itirdiyi hərbçilərinin şəkilləri əks etdirilmişdi.

Müxalifətçilər bildiriblər ki, bundan sonra mübarizə formasını dəyişir və xalq şurası yaradılır ki, onun tərkibi sabah elan ediləcək. Mübarizənin yeganə məqsədi Serj Sarkisyanın rəhbərlik etdiyi hakimiyyətin istefası və Ermənistanın Rusiya “müstəmləkəçiliyi”ndən qurtulmasıdır.

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə