Yerevanda Ermənistanın olmadığı qlobuslar satılır
Yerevanda Ermənistanın olmadığı qlobuslar satılır
30 Noyabr 2016 / 17:36 / Baxış sayı: 1446
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Yerevanın bəzi bazarlarında Ermənistanın olmadığı qlobusların satılması faktı ilə rastlaşmaq olar. Ən yaxşı halda, o, Türkiyə ərazisindədir”.

Virtualaz.org bildirir ki, bunu jurnalist Lilit Arutunyan “Sputnik Armeniya” saytındakı məqaləsində yazıb.

“Yaxın vaxtlarda açılmış ticarət mərkəzində yerləşən oyuncaq və dəftərxana malları mağazasında biz qlobuslar, həmçinin qlobus şəklində müxtəlif ölçülü toplar gördük. Diqqətlə baxdıqdan sonra aydın oldu ki, Ermənistan yalnız onlardan birində göstərilib. Qalanlarında Ermənistan ya heç yox idi, ya da qonşu dövlətlərə birləşdirilmişdi. Təqdim olunan qlobusların ən böyüyündə isə yalnız Yerevan göstərilmişdi, o da Türkiyənin tərkibində “, – deyə erməni jurnalisti vurğulayıb.

Bu qlobuslarla ticarət edən mağaza sahiblərinin sözlərinə görə, onlar malı Dubaydan gətirirlər.

“Onları Dubaydan biz özümüz gətiririk. Mən bilmirəm, onlar haradan alırlar, ehtimal ki, Çindən. Biz malı əldə edərkən onu araşdırmırıq, kataloq vasitəsi ilə sifariş edir və yeşiklərlə alırıq”, — satıcı-idxalatçı vurğulayıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə