Yens Stoltenberq: “Rusiyanı təcrid etmək mümkün deyil”
Yens Stoltenberq: “Rusiyanı təcrid etmək mümkün deyil”
18 Noyabr 2016 / 17:38 / Baxış sayı: 736
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Rusiyanı təcrid etmək mümkün deyil. Ona görə də, onlarla əlaqələr yaratmaq, dialoq qurmaq zəruridir”.

TASS xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Bu gün Belçika paytaxtı Brüsseldə Marşall Alman Fondunda çıxış edən Y.Stoltenberq Rusiyanın dialoqa açıq olduğunu bildirib: “Xarici işlər naziri Sergey Lavrovla görüşdə əldə etdiyim məlumatlara əsasən, deyə bilərəm ki, Rusiya da münasibətlərin bərpasında maraqlıdır. Onlar da dialoq qurmağa açıqdır”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə