“Yeni vergi mexanizmi Azərbaycanda işləməyəcək” -Ekspert
“Yeni vergi mexanizmi Azərbaycanda işləməyəcək” -Ekspert
01 Sentyabr 2016 / 12:54 / Baxış sayı: 666
Font1 Font2 Font3 Font4
Bizimxeber

Vergilər Nazirliyi yeni mexanizmin tətbiqinə başlayır. Bu mexanizmə əsasən vergidən yayınanlar barədə Vergilər Nazirliyinə xəbər verən şəxslər mükafatlandırılacaqlar. Bu, nazirliyin yeni həyata keçirməyə hazırlaşdığı ictimai məlumatlandırma adlanan mexanizmin tətbiqi ilə reallaşacaq. 

Mövzu ilə bağlı Qaynarinfo.Az-a danışan iqtisadçı ekspert Samir Əliyev bildirib ki, Azərbaycanda bu mexanizm işləməyəcək. Samir Əliyevin başqa ölkələrdə belə bir mexanizmin tətbiqinə rast gəlmədiyini deyib: “Burda söhbət vergi rejiminin sərtləşdirilməsindən deyil, vergidən yayınmanın qarşısını alınması ilə bağlı tədbirlərin sərtləşdirilməsindən gedir. Prinsipcə ola bilsin ki, seçilən mexanizm uğurlu mexanizm deyil. Azərbaycanda bu mexanizm işləməyəcək”.  

Ekspertin sözlərinə görə, indiki halda müəssisələr bağlanır deyə vergi dövriyyəsi də azalır: “Belə bir dövrdə istənilən vergi ödəyicisi kənarda qalmamalı, vergiyə cəlb edilməlidir. Amma bu mexanizmin nə dərəcədə işləyəcəyini deməyə çətinlik çəkirəm.

Ümumiyyətlə bu mexanizm nə dərəcədə optimaldı? Bu necə sübut olacaq ki, kiminsə vergidən yayınmasını başqası bilsin. Onu ya oranın işçisi bilər, ya da həmin şirkətlə əməkdaşlıq edən adam. Kənar adam vergidən yayınmanı təyin edə bilməz. İstənilən halda bu mexanizimin Azərbaycanda normal işləyəcəyinə inanmıram. Daha optimal mexanizm fikirləşmək lazımdır”.

Samir Əliyev vergidən yayınmaya qarşı tədbirlərin gücləndirilməsinin tərəfdarı olduğunu bildirib: “Amma bir məsələni də qeyd edim ki, vergidən yayınan iri sahibkarlar daha çoxdu. Xırda sahibkarlar onlara nisbətən azdı”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə