Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Yeni icra başçısı niyə hoteldə qalır?

3410 oxunma | Tarix: | 1 həftə öncə

Xaçmazın yeni təyin edilən İcra başçısı Elnur Rzayev Hoteldə gecələyir. Elnur Rzayev təyin olunduğu gündən indiyədək işdən sonra Xaçmaz şəhərinin Bakı prospektində yerləşən “ELİT” Hotelində qalır.

Qeyd edək ki, İcra başçıları üçün nəzərdə tutulan qonaq evi sabiq başçı Şəmsəddin Xanbabayev tərəfindən özəlləşdirilib. Sözügedən qonaq evi hazırda sabiq İcra başçısının şəxsi mülkiyyətindədir. Bu səbəbdən yeni təyin edilən icra başçısı Elnur Rzayev hoteldə gecələmək məcburiyyətində qalıb.

XƏBƏRLƏR:  Nazirlikdən reklam olunan dərmanlarla bağlı - Açıqlama

İcra başçısının qaldığı hotel bir o qədər komfortlu olmasa da, şəhər mərkəzinə yaxın olduğu üçün seçdiyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir