“Cumhur İttifaqı”nın AKP-dən olan namizədi, sabiq baş nazir və parlamentin sədri Binəli Yıldırım 48,50 faiz səs toplayıb. Hakim partiyanın namizədinə 4 milyon 145 min 708 nəfər səs verib. Ümumilikdə İstanbulda 10 milyon 560 min 963 seçici olub. Etibarlı səslərin sayı 8 milyon 547 min 5, etibarsız səslərin sayı 319 min 588 olub.

***11.31
Türkiyə Ali Seçki Komissiyasının sədri Sadi Güven İstanbulda bələdiyyə seçkilərin nəticələri ilə bağlı açıqlama verib. Sədr CHP-inin namizədi Əkrəm İmamoğlunun öndə olduğunu bildirib. Onun sözlərinə görə, müxalifətin namizədi 4 milyon 159 min 650, AKP-nin namizədi Binəli Yıldırım 4 milyon 131 min 761 səs toplayıb.
Qeyd edək ki, müxalifət Ankara və İzmir kimi böyük şəhərlərdə də hakim partiyaya qalib gəlib.
***10.32
Türkiyədə keçirilən bələdiyyə seçkilərində sabiq baş nazir Binəli Yıldırım CHP (Cumhruiyyət Xalq Partiyası) namizədi Əkrəm İmamoğluna uduzur.  Sözcü-yə istinadən xəbər verir ki, Türkiyə Ali Seçki Komissiyasının məlumatına görə, səslərin 99,69%-i hesablanıb və açılmamış 99 sandıq qalıb.
Nəticələrə görə, İmamoğlu 4 155 141 səs, Yıldırım isə 4 127 770 səs toplayıb. Namizədlər arasındakı səs fərqi 27 371-dir. Faiz nisbəti ilə CHP namizədi 48,80%, hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım isə 48,48% səs qazanıb.