Yaxın gələcəkdə BP-nin Azərbaycanda YDM açmaq fikri yoxdur
Yaxın gələcəkdə BP-nin Azərbaycanda YDM açmaq fikri yoxdur
30 Avqust 2016 / 17:25 / Baxış sayı: 588
Font1 Font2 Font3 Font4
Bizimxeber

BP yaxın perspektivdə Azərbaycan və Gürcüstanda yanacaqdoldurma məntəqəsi (YDM) açmaq fikrində deyil. Bunu jurnalistlərə “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

BP rəsmisi bunu Azərbaycan bazarının kiçik olması ilə əlaqələndirib: “Bu, kommersiya məsələsidir. Yəni şirkət hansı bazarda perspektiv görürsə, ora sərmayə ayırır. Biz düşünürük ki, Azərbaycan bazarında hasilat sahəsində daha böyük təcrübəyə malikik. Ona görə də bu sahədə perspektivləri daha çox görürük. İndki qiymətlərin aşağı olduğu şəraitdə biz Azərbaycan bazarını daha rəqabətli və kiçik bazar kimi görürük”.

O, həmçinin təmsil etdiyi təşkilatn Türkiyə bazarından çıxmaq istəmədiyini deyib. (“Report”)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə