Yavər Camalov təqaüdə göndərilir, nazirlik isə ləğv edilir
Yavər Camalov təqaüdə göndərilir, nazirlik isə ləğv edilir
01 Noyabr 2016 / 12:46 / Baxış sayı: 1520
Font1 Font2 Font3 Font4
Bizimxeber

Müdafiə Sənayesi Nazirliyi ləğv edilə bilər. Bu barədə etibarlı mənbədən məlum olub. Mənbənin iddiasına görə, nazirliyin səlahiyyətlərinin böyük qisminin İqtisadiyyat Nazirliyinə, bir qisminin isə Müdafiə Nazirliyinə verilməsi müzakirə mövzusudur.

Mənbə vurğulayıb ki, son illərdə Azərbaycanda hərbi sənayenin qurulmasına və inkişafına külli miqdarda dövlət vəsaiti xərclənib. Amma hökumətdə bu vəsaitlərin müqabilində görülən işlərdən razı qalmayanlar kifayət qədərdir.

Müdafiə Sənayesi Nazirliyinin ləğv edilməli və səlahiyyətlərinin əsasən İqtisadiyyat Nazirliyinə verilməli olduğunu müstəqil iqtisadçı ekspertlər də təklif edirlər. Bundan başqa, oxşar təklifi indiyədək bəzi millət vəkilləri də səsləndiriblər. Məsələn, bu ilin əvvəllərində deputat Zahid Oruc mətbuata açıqlamasında “Mahiyyət etibarilə Müdafiə Sənayesi Nazirliyi bir sənaye qrupudur və çoxsaylı zavodlardan ibarətdir. Onun nazirlik statusu daşımasını qoy hökumət üzvləri gözdən keçirsinlər” deyə bildirmişdi.

Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyi ölkə başçısının 16 dekabr 2005-ci il sərəncamı ilə yaradılıb. Elə həmin vaxtdan nazirliyə Yavər Camalov rəhbərlik edir.

Müşahidələr göstərir ki, Camalov məhz bu posta yüksəldikdən sonra onun şəxsi biznesi daha da böyüyüb. Hazırda onun biznes imperiyasın çoxsaylı şadlıq sarayları, restoranlar, ticarət obyektləri daxildir. Bunun hansı maliyyə qaynaqları hesabına baş verdiyi isə müzakirə və mübahisə obyektidir. /Qaynarinfo.Az/

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə