Yaşı tamam olmayan uşaqlar da pulsuz hazırlığa gedə biləcək – Nazirlik…
Yaşı tamam olmayan uşaqlar da pulsuz hazırlığa gedə biləcək – Nazirlik…
20 Sentyabr 2016 / 13:18 / Baxış sayı: 1332
Font1 Font2 Font3 Font4
Bizimxeber

Təhsil Nazirliyinin dövlət hesabına məktəbəhazırlıq qruplarının yaradılması ilə bağlı qərarına əsasən məktəb yaşına çatmayan, 2011-ci il təvəllüdlü uşaqlar məktəbəhazırlıq kurslarından istifadə edə bilərlər. Lakin burada bir boşluq var. Məktəb yaşına çatmayan və 2010-cu il təvəllüdlü uşaqlar yaradılmış imkanlardan kənarda qalırlar. 

Qaynarinfo.Az-a müraciət edən Ruhanə Gülməmmədova bildirir ki, qızı 18 dekabr 2010-cu il təvəllüdlü Afər Gülməmmədovanın yaşı nə məktəb yaşına çatır, nə də məktəbəqədər hazırlıq kurslarına gedə bilir. Valideynin narahatlığına səbəb, həmyaşıdları ilə məktəbə gedəcək Afərin şagirdlərdən geri qalmasıdır.

Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 299 saylı məktəb-liseyinə müraciət edən və müsbət cavab almayan Ruhanə xanım bu problemlə üzləşəcək yeganə valideyn deyil.

Məsələ ilə bağlı ilk olaraq, 299 saylı məktəb-liseyin direktoru Solmaz Kazımova ilə əlaqə saxladıq. Solmaz xanım Qaynarinfo.Az-a bildirdi ki, məktəblər Təhsil Nazirliyinə tabedir və verilən qərara əsasən yalnız 2011-ci il doğumlu uşaqlar məktəbəqdərə hazırlıqdan istifadə edə bilər. Direktor məktəb yaşına çatmayan 2010-cu il təvəllüdlü uşaqlar növbəti ili gözləməli olacaqlarını söylədi.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, yaranan problemlə bağlı çoxlu sayda valideynlər müraciət edib:

“Nazirlik verilən qərarda əlavə edərək, tövsiyyə xarakterli əlavələr edəcək. Çünki kifayət qədər müraciət edənlər var. Məktəb yaşına çatmayan və eyni zamanda 2011-ci il doğumlu uşaqlara da imkan yaradılacaq. 16 sentyabr – 31 dekabr 2010-cu il təvəllüdlü uşaqlar da artıq məktəbəhazırlıq kurslarından istifadə edə biləcək. Nazirlik yaxın zamanlarda qərarla bağlı dəyişiklik və tövsiyyələri mətbuata açıqlayacaq”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə