Yasamalın icra başçısı Milli Məclisdə günahlandırıldı – “40 agac birdən kəsilib”
Yasamalın icra başçısı Milli Məclisdə günahlandırıldı – “40 agac birdən kəsilib”
11 Noyabr 2016 / 13:44 / Baxış sayı: 644
Font1 Font2 Font3 Font4
Bizimxeber
Millət vəkili Fərəc Quliyev parlamentdə deputatlar tərəfindən səsləndirilən fikirlərə məmurların biganə qalmasından şikayətlənib.
Bu barədə Meşə Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı çıxış edən millət vəkili deyib ki, bütün məsələlərin həllini prezidentdən gözləmək olmaz: “Burada elə gözəl fikirlər, təkliflər olur, amma heyf ki, elə burada da qalır. Düzdür, bu fikirlər qətnamə, qərar deyil. Ancaq yaxşı olardı ki, onları ümumiləşdirib yuxarı orqanlara çatdıraq. Hər şeyi prezident etməli deyil ki?.. Məmurlar hara baxır, onlara geniş meydan verilib. Dünən Yasamalda 40 ağacı birdən kəsiblər. Belə şey olmaz ki…”.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə