Yasamal da qazsız qaldı: “Sızma olub”
Yasamal da qazsız qaldı: “Sızma olub”
28 Oktyabr 2016 / 17:16 / Baxış sayı: 948
Font1 Font2 Font3 Font4
Bizimxeber

Daha bir rayonda qazın verilişi dayandırılıb Yasamalda rayonu ərazisində də qaz verilişində fasilələr yaranıb. Bakıpost.az-ın xəbər verir ki, səhər saatlarından etibarən qazın verilişi dayandırılıb.

Məsələ ilə bağlı “Azəriqaz”-ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Bakıposta.az-a açıqlamasında deyib ki, Yasamal rayonu Əsəd Əhmədov küçəsində qaz xəttində sızma baş verib. “Ona görə də qazın verilişində fasilə yaranıb. Bu saat 18:00-a kimi təmir işləri başa çatdırılacaq. Ondan sonra qazın verilişi bərpa ediləcək”,-deyə qurum rəsmisi bildirib.
Dünən və bu gün isə Binəqədi rayonunun əksər hissəsində qazın verilişində məhdudiyyət yaranmışdı. Qurum məhdudiyyətin səbəbini qaz xəttində təmirlə əlaqələndirmişdi.
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə