Yaponiyanın sənaye sektorunda iflas
Yaponiyanın sənaye sektorunda iflas
19 Avqust 2016 / 16:00 / Baxış sayı: 678
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avqust ayında Yaponiyanın xidmət sektorunda iqtisadi vəziyyət yaxşılaşsa da, sənaye sektorunda narahatlıqlar artıb. “Reuters”-in 533 şirkət arasında apardığı sorğuya əsasən, açıqlanan Tankan göstəricisinə görə, bahalaşan yen Yaponiyanın əksər istehsal şirkətlərinə yük olmağa başlayıb. Belə ki, sənaye sektoru üzrə indeks avqust ayında 3 punktdan 1 punkta kimi azalıb.

Göstərici üzrə müsbət rəqəm sahə üzrə nikbin olanların üstünlük təşkil etdiyini göstərir. Lakin buna baxmayaraq 1 punkt 2013-cü ildən etibarən ən aşağı nəticədir. Xidmət sektorunda isə son 5 aydır göstərici 18 punkta kimi artıb.

Hal-hazırda Yenin dollara nisbətən qiyməti son 7 həftənin maksimum səviyyəsində ticarət olunur. Yenin bahalaşması isə Yaponiyanın ixrac yönümlü şirkətlərinin dünya bazarında rəqabət qabiliyyətlərinə mənfi təsir edir. Qeyd etmək lazımdır ki, Yaponiyanın ixracı iyul ayında 14% azalmışdır. Ölkə iqtisadiyyatında da 2-ci rübdə artım müşahidə olunmayıb və illik inkişaf səviyyəsi 2.0%-dən 0.2%-ə kimi azalıb. Bütün bunlar fonunda isə Yaponiya höküməti iqtisadi islahat proqramı hazırlayır və iqtisadiyyatın yenidən stimullaşdırılması planlaşdırılır.\invest.az\

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə