Yaponiya 400 aviareysi təxirə saldı
Yaponiya 400 aviareysi təxirə saldı
22 Avqust 2016 / 16:16 / Baxış sayı: 614
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az xarici mətbuata istinadən bildirir ki, Yaponiyanın cənub regionlarında, o cümlədən Tokio beynəlxalq hava limanında “Mindul” tufanı ilə əlaqədar olaraq 400-dən çox aviauçuş təxirə salınıb.

Həmin uçuşlar 49 min insanı əhatə edirdi.

Bundan əlavə Tokay  bölgəsinin Tokio rayonunda dəmiryolunda da hərəkət məhdudlaşdırılıb. Yaponiya KİV verdiyi məlumata görə, son 11 ildə Kantoya ilk dəfə tufan gəlib.

 

Metereoloqlar “Mindul” tufanının episentrində küləyin sürətinin 180km\saat olduğunu bildirirlər. Yaponiyada leysan yağışların sürüşmə təhlükəsi yarada biləcəyini də deyilir.

Daha bir tufan çərşənbə axşamı Yaponiyanın şimalında Hokkaydo adasında gözlənilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə