YAP-dan xəbərdarlıq: `Müxalifət icazəsiz mitinqlərə əl atsa…`
YAP-dan xəbərdarlıq: `Müxalifət icazəsiz mitinqlərə əl atsa…`
25 İyul 2016 / 15:56 / Baxış sayı: 808
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsinin əleyhinə iş aparmaq üçün həmin qüvvələr əvvəlcə təşviqat qrupu yaratmalıdırlar”.

 

Bu fikirləri  Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AXCP və Milli Şuranın Referendum əleyhinə etiraz aksiyaları keçirəcəyi haqda xəbərlərə münasibət bildirərkən deyib.

YAP funksioneri vurğulayıb ki, referendum əleyhinə mitinqlər keçirmək istəyənlər bunu reallaşdırmaq üçün sosial bazaya, elektorata malik deyillər: “Təklif edilən əlavə və dəyişikliklərin hansının əleyhinədirlərsə, ortaya hüquqi fakt qoya bilmirlər. Yəni, onların hüquqi cəhətdən heç bir açıqlaması yoxdur. Konstitusiyaya əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Digərləri isə yaş məhdudiyyətlərinin aradan qaldırlması və yeni dövlət idarəçilik institutunun yaradılmasıdır. Bunun nəyinə etiraz edirlər? Dedi-qodu, şaiyə ilə nə demək, etmək istəyirlər? Referenduma çıxarılan məsələlərin hər biri xalqın mənafeyinə xidmət edir.

Ona görə də təşkil edəcəkləri mitinqlərə qohum-əqrəbalarından başqa heç kim gəlməyəcək. Yəni, öz ətraflarından başqa kimi toplaya bilərlər? Heç kimi”.

S.Novruzov qeyd edib ki, müxalifət icazəsiz mitinqlərə əl atsa, qanunvericiliyə uyğun olaraq onlara cavab veriləcək: “Qanunla müəyyənləşdirilir ki, sərbəst toplaşmaq azadlığını həyata keçirmək üçün müraciət edilir və mitinq keçirmək üçün müvafiq yer ayrılır, təhlükəsizlik təmin edilir. Yalnız bu halda onlar mitinqlər keçirə bilərlər”.

Qeyd edək ki. iyulun 18-də Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Bu gün Konstitusiya Məhkəməsinin iclasında akta rəy verilib. Artıq ölkədə refrenduma hazırlıqlar başlayıb.

AXCP sədri Əli Kərimli sosial şəbəkədəki hesabında təmsil etdiyi partiyanın və Milli Şuranın Referendum əleyhinə etiraz aksiyası keçirəcəyini qeyd edib.\azvision.az\

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə