Yanan binanın məhkəməsi davam edir
Yanan binanın məhkəməsi davam edir
06 Oktyabr 2016 / 15:24 / Baxış sayı: 740
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Uğur Bəşirov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Virtualaz.org saytının xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Ədalət Rəcəbov ifadə verib. O, ifadəsində bildirib ki, sözügedən binanın üzlənməsinə 2012-ci ilin aprelində başlanıb. Onu isə vəzifəyə binada üzlənmə işləri başlanandan ay yarım sonra 2012-ci ilin may ayının sonunda təyin ediblər. “Əgər mən işlər başlanandan sonra vəzifəyə təyin olunmuşamsa, necə razılıq verə və ya verməyə bilərdim? Azadlıq prospektindəki yol kənarı binaların üzlənməsi Dövlət Proqramı çərçivəsində rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilib. Müqavilə də podratçı şirkətlə İcra Hakimiyyəti arasında bağlanıb. Bircə sənəd göstərsinlər ki, hansısa sənəddə mənim üzərimə binanın üzlənməsində yanğın təhlükəsizliyinə nəzarət etmək vəzifəsi qoyulur. Rəhbərlik etdiyim Mənzil Kommunal Təsərrüfat Birliyi Bakı Şəhər İcra Hakimiyyətinə tabe idi. İcra Hakimiyyəti isə tamam ayrı qurumdur. Mən başqa bir qurumun işinə necə müdaxilə edə bilərdim? Biz ancaq təmizlik işlərinə baxırdıq”.

Ədalət Rəcəbov bildirib ki, yanğın baş verən binada üzlənmə ilə bağlı heç bir sənədə qol çəkməyib, ona belə bir tapşırıq verilməyib: “Buradakı təqsirləndirilən şəxslərdən yalnız Qəzənfər Novruzov və Nizami Orucovu tanımışam. Digərlərinin üzlərini məhkəmə zamanı görmüşəm”.

Bundan sonra təqsirləndirilən – 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov da ifadə verib. O, ifadəsində binanın üzlənməsi, bununla bağlı sənədlərin hazırlanması, müqavilələrin bağlanmasına heç bir aidiyyəti olmadığını göstərib: “40 il bu sahədə işləmişəm. Dövlətə, dövlətçiliyə sadiq adam olmuşam. Mənim nə sifarişçi, nə podratçı kimi, binanın üzlənməsinə aidiyyatım olmayıb. Dəfələrlə aşağı vəzifəli adam olmuşam, necə deyə bilərdim ki, bu işi gör, yaxud da görmə?! Mən yalnız təmizlik, sakinlərin müvafiq orqanlara müraciətləri ilə bağlı məsələlərlə məşğul olmuşam. Mən bu adamlardan yalnız Qəzənfər Novruzov və Ədalət Rəcəbovu tanımışam. Məhkəmədə zərərçəkənləri görəndə qəhərlənirəm”.

Məhkəmə prosesi oktyabrın 11-də davam edəcək.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə