Yanacaqdoldurma məntəqəsinin qarşısındakı yol nişanı ilə bağlı məlumat həqiqəti əks etdirmir”
Yanacaqdoldurma məntəqəsinin qarşısındakı yol nişanı ilə bağlı məlumat həqiqəti əks etdirmir”
19 Sentyabr 2016 / 13:09 / Baxış sayı: 340
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Bakının Səbail rayonu ərazisində, Bibiheybət məscidindən şəhər istiqamətində hərəkət edən yolda “SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısında heç bir qırıq xətt yoxdur. Bəzi Kütləvi İnformasiya Vasitələrində hazırda o ərazidə dönüş üçün qırıq xəttlərin olduğu, hətta bu xətlərin SOCAR əməkdaşları tərəfindən çəkilməsi barədə məlumat həqiqəti əks etdirmir”. 

Bunu “Report”a “SOCAR Petroleum”QSC-dən yanacaqdoldurma məntəqəsinin əməkdaşları tərəfindən dönüş üçün xətt çəkildiyi barədə KİV-də yayılan məlumatla bağlı açıqlamada qeyd olunub. Qeyd edilib ki, bəzi KİV-lərdə yer alan görüntülər bir neçə ay əvvəl çəkilmiş videodur.

“Həmin videoda göstərilən yol nişanları Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən çəkilmiş yol nişanıdır və dönüş üçün təhlükəli hesab edildiyindən bir neçə ay əvvəl o nişan həmin qurum tərəfindən dəyişdirilərək düz xəttə çevrilib. SOCAR-ın yol nişanlarında hər hansı dəyişiklik etməyə ixtiyarı yoxdur. Hazırda o ərazidə dönüş üçün heç bir işarə yoxdur. İstənilən şəxs bunun şahidi ola bilər” -, deyə şirkətdən bildirilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə