Yağış, külək, dolu – Sabahın HAVASI
Yağış, külək, dolu – Sabahın HAVASI
06 Sentyabr 2016 / 12:58 / Baxış sayı: 776
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az  yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bizimxeber.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında  mülayimləşəcək. 

Havanın temperaturu gecə  19-23, gündüz  25-28, Bakıda gecə 20-22, gündüz  26-28 ° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə  intensiv  olacaq, dağlıq ərazilərdə dolu düşəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz  24-29° isti, dağlarda gecə 9-14° isti, gündüz  15-20° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 7-də Abşeron yarımadasında xəzri küləyinin əsməsi və iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. Sentyabrın 8-də zəif küləklərin üstünlüyü fonunda havada rütubətliyin bir qədər çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə