Yağış davam edəcək…
Yağış davam edəcək…
12 Oktyabr 2016 / 13:31 / Baxış sayı: 780
Font1 Font2 Font3 Font4
Bizimxeber

Oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq. Bizimxeber.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, sabah paytaxt və yarımadanın bəzi yerlərində yağıntıların intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-14, gündüz 16-20 dərəcə isti, Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-23 dərəcə sti, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə