Yağış avtobusları bu hala saldı- FOTOLAR
Yağış avtobusları bu hala saldı- FOTOLAR
22 Oktyabr 2016 / 10:58 / Baxış sayı: 1052
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bir neçə gün əvvəl yağan intensiv yağışlar nəticəsində Bakının bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün hələ də nazirliyin müvafiq qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

Qaynarinfo.Az milli.az-a istinadən xəbər verir ki, hazırda Binəqədi rayonunun Binəqədi şosesində yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir. Yağan yağışdan sonra avtomobillərə də ciddi ziyan dəyib. Sedan tipli avtomobillərin içərisinə su dolan mühərrikləri sıradan çıxıb, sərnişin avtobuslarının da görkəmi dəyişib.

Bir ara minik maşınlarını bufersiz sürmək dəb idi. İndi yağışın buferlərini sındırdığı 133 və 165 saylı “Daewoo” avtobusları da gölməçələrdən çıxmağa imkan tapan kimi elə “dəbli-dəbli” Binəqədi şossesi ilə şütüyüb “göz oxşayırlar”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə