Bütün bunlar göstərdi ki, aidiyyatı qurumların “Bakı qışa hazırdı”,  “problemlərin qarşısını almağa hazırıq” deyən qaragüruhçu məmurlar yalan danışırmış. Nəzərə alsaq ki, hələ payızdır, o zaman qışda vəziyyətin hansı yerdə olacağını təsəvvür etmək o qədər də çətin deyil…

Son 3 gündə yağan yağışları leysan, sel və s. adlandıranlar isə yanılır. Bu tip yağışlar intensiv hesab olunur, qorxulu və təhlükəli deyil. O halda ki, infrastruktur düzgün qurulubsa, kanalizasiyalara nəzarət olunubsa… Demək, bütün bunlara yay uzunu nəzarət edən olmayıb, aidiyyatı qurumların rəhbərləri yatmaq və ya istirahət etməklə məşğul olublar. Paytaxtın bu vəziyyətə düşməsi Bakı meri Hacıbala Abutalıbovu və “Azəravtoyol” rəhbəri Saleh Məmmədov yuxudan ayıltmayıb. İkinicinin mətbuat xidməti isə bu gün bildirdi ki, tıxaclar və insanların küçələrdə tullana-tullana yeriməsi, məktəblilərin ayaqlarının su içində olmasının günahkarı yağış deyil. Maraqlı açıqlamadır, amma şərh etmək üçün yararsızdır, gülüncdür. Çünki məntiqsiz və mənasızdır.

Ən əsası isə odur ki, Bakı meri Hacıbala Abutalıbov və ya “Azəravtoyol” rəhbəri Saleh Məmmədov möhkəm danlanıb.

Mediafax.Az-a daxil olan məlumata görə, yağışların yaratdığı süni fəsadların aradan qaldırıçlmasının qarşısında aciz qalan hər iki məmur gizlənməyə çalışıblar. Hətta telekanallardakı adamları vasitəsilə yolların acınacaqlı vəziyyətdə olmasını göstərən süjetlər belə yığışdırılıb. 

Amma onların bu oyunu əks nəticə verib. Xarici ölkələrin birindən Bakıya gələn rəsmi qonaqlardan biri yolların su içində olmasına təəccübünü gizlətməyib. Qonaq bilidirb ki, onların ölkəsində günlərlə yağış yağsa da yollar belə vəziyyətə düşmür. Qonağın bu sözləri Saleh Məmmədov, mer Hacıbala Abutalıbovun ciddi danlanmasına səbəb olub. Hər iki məmurdan təcili olaraq yolların sudan təmizlənməsi və gələcəkdə belə bir problemin yaranmaması üçün addım atılması tələb edilib. Üstəlik, mer Abutalıbova “sən artıq işləyə bilmirsən” kimi replika da atılıb. Saleh Məmmədov isə sudan quru çıxmaq üçün “yollar məndən əvvəl çəkilib, su keçidləri qoyulmayıb” kimi arqumentlər gətirsə də, buna məhəl qoyan olmayıb.

Bir sözlə, yağış sularına qərq olan paytaxt Bakının yollarını və sakinləri, sürücüləri sonrakı günlərdə və qarlı havalarda daha ciddi sınaqlar gözləyir. Görünür, bu yağış mer Hacıbala Abutalıbov üçün əvvəlki kimi “balıq tilovu”nu xatırlatmayacaq. Saleh Məmmədov isə Ziya Məmmədovu hədəf etməklə çox qabağa getsə də, yağış mərdimazarlıq edir…

Bizimxeber.az