“Xoşqədəm və Zaurdan fəxri adlar geri alınmalıdır” – Millət vəkili
“Xoşqədəm və Zaurdan fəxri adlar geri alınmalıdır” – Millət vəkili
14 Noyabr 2016 / 16:27 / Baxış sayı: 2306
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sosial mediada “Səni Axtarıram” verlişinin teleaparıcısı olan Xoşqədəm Hidayətqızının efir sərgüzəştləri haqda yayılan video cəmiyyətdə sensassiyya yaradıb 

Fəxri ad aldıqdan sonra ona qarşı hazırlanan bu sui-qəsd yəqin ki, müəllif tərəfindən də gözlənilməz oldu. Bir zamanlar, 2014-cü ilin hansısa baharında çəkilən bu kadrlar bilərəkdən mediaya sızdırılaraq Xoşqədəm Hidayətqızına arxadan zərbə vurdu.

Yayılan kadrlardan bəlli oldu ki, sən demə həqiqətən də böyük izləyici kütləsinə sahib olan aparıcı aktyorluq qabiliyyətindən istifadə edərək müxtəlif yaş təbəqələrindən olan şəxslərin hiss və emosiyalarını ələ almaqla reytinq qazanıb. Bu vaxtadək Azərbaycan teleməkanında ən reytinqli verlişlərə müəlliflik edən aparıcının yaşlı bir kişi haqda “xərəkdə gətirin, ayaqlarını da bağlayın ki, qalxmasın” sözləri auditoriyasında ona olan inamı yerlə yeksan etdi. Halbuki, yaşlı kişi öncəki kadrda gəzə bildiyini demişdi.

Bəs görəsən, aparıcıya verilən fəxri ad geri alına bilərmi?

Millət vəkili Fazil Mustafa bu haqda cebhe.info-ya danışıb. Onun sözlərinə görə,cəmiyyətin də istədiyi yalandır, ağlaşmadır:

“Hamı düşüb bir jurnalistin üstünə ki, Xoşqədəm xalqı aldadır. Aldanmaq istəyən xalqın elə özüdür. Dində, tarixdə aldanmaq istəyən xalq belə proqramlarda da aldanacaq. Bizim camaat hind filmlərini böyük maraqla izləyir, onlar kədərlənmək, yalandan da olsa ağlamaq istəyirlər. Camaat hind filminə niyə baxır? Bilirlər ki, real səhnə deyil. İstəyirlər ki, yalandan da olsa, xəyali romantika yaşasınlar. Xoşqədəm yazıq reytinq üçün verliş qurub, şou yaradıb. Nə pislik edib ki? Xalqı xoşbəxt edib, ağladır. Bunun nə ziyanı var ki? Bu gün hansısa aparıcı elmi, hüquqi bir verliş hazırlasa bu qədər reytinq qazana bilərmi? Xeyr”.

F.Mustafa trelekanalların bu qədər saktakarlığı təbliğ etməsini cəmiyyətin savadsızlığı ilə izah edib: “Ancaq Azərbaycanda belə saxtakarlıq etmək olar. Bu, Azərbaycan ənənəsidir. Böyük əksəriyyət bu cür verlişlərin fanatıdır. Bizimkilər kövrəlib ağlamağı, sinədöyüb qan çıxarmağı çox sevirlər. Avropa ölkələrində bu cür verlişlərin yayımına yol verməzlər. Çünki orada oxumuş insanların sayı çoxdur, onlar elmə maraq göstərirlər”.

Şəxsi mövqeyindən çıxış edən F.Mustafa qeyd edib ki, telekanallar bu cür verlişlər verməməlidir: “Xoşqədəm xanım kifayət qədər ustalıqla şou göstərir. Onun işi budur. Nə qədər ki, cəmiyyətimiz inkişaf etməyəcək, belə verlişlər telekanallarda yayımlanacaq. Xoşqədəmin verlişinə inanmadığım üçün baxmıram da. Amma sizi əmin edə bilərəm ki, sabahdan Xoşqədəmin verlişlərinin reytinqi 10 qat artacaq”.

F.Mustafa qeyd edib ki, telekanalların “borc”u həm də reytinq artırmaqdır. Bu məqsədlə verliş hazırlanırsa onlara maneə ola bilməzlər. F.Mustafanın sözlərinə görə, bu gün fəxri ad alanların 80 faizi heç bir ciddi işə imza atmayıb:

“Fəxri adların 80 faizi geri alınmalıdır. Xoşqədəmdən də, Zuardan da, digərlərindən də. Bu ad heç nəyi ifadə etmir. Sadəcə olaraq bir ənənədir, hamıya verilir”

Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə