Xocalı soyqırımını tanıyan erməni öldü
Xocalı soyqırımını tanıyan erməni öldü
25 Avqust 2016 / 17:02 / Baxış sayı: 742
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ermənistan Helsinki Assosiasiyasının sədri, hüquq müdafiəçisi Mikael Danielyan ölüb.

Bu barədə “Asparez” klubunun sədri Levon Barseqyan deyib.

Xatırladaq ki, Mikael Danielyan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda soyqırımı törətməsi faktını tanıyan azsaylı ermənilərdən hesab olunurdu.

O, faciənin törədilməsinə görə Azərbaycan xalqından üzr istəmişdi.\modern.az\

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə