Xocalı soyqırımı ilə bağlı məhkəmə başlamalıdır-Asim Mollazadə
Xocalı soyqırımı ilə bağlı məhkəmə başlamalıdır-Asim Mollazadə
29 Noyabr 2016 / 15:17 / Baxış sayı: 680
Font1 Font2 Font3 Font4
Bizimxeber

Asim Mollazadə Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə başlamağı təklif edib
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycanın Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə başlamasının dünyada böyük əks-səda doğura biləcəyini deyib.
O, bu barədə fikirlərini Milli Məclisin, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Döstəyi Şurasının birgə hazırladığı “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimat mərasimində səsləndirib.
Məsələyə daha real prizmadan yanaşmağı təklif edən deputat, Azərbaycanın bu məsələdə gecikdiyini qeyd edib.
“BMT Təhlükəsizlik Şurasının bununla bağlı hansısa addım ata biləcəyinə bizim ümidimiz yoxdur. Amma beynəlxalq məhkəmə cinayətkarları cəzalandıra bilər. Ölkəmiz beynəlxalq hüquqşünasların iştirakı ilə Azərbaycanda belə bir məhkəmə prosesinin keçirilməsinə nail olmalıdır. Hazırda 38 erməni cinayətkarı Ermənistanda və Rusiyada yaşayır. Azərbaycan Rusiya ilə imzaladığı sazişə istinad edərək bu cinayətkarların Azərbaycana təhvil verilməsinə nail olmalıdır. Bu gün yenə də Rusiya və Ermənistan hərbi qüvvələri birləşib. Xocalı soyqırımında da Rusiyanın 366-cı alayı iştirak edib. Ancaq biz heç yerdə bunu tələb etmirik. Azərbaycan Xocalı soyqırımı ilə bağlı məhkəmə prosesinə başlasa, dünyada böyük əks-sədası olar” – deyə Asim Mollazadə bildirib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə