Xırdalanda sakinlər yolu bağladı, saxlanılanlar var – 289 ailə işıqsız qalıb
Xırdalanda sakinlər yolu bağladı, saxlanılanlar var – 289 ailə işıqsız qalıb
24 Noyabr 2016 / 16:18 / Baxış sayı: 2128
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xırdalan şəhəri, Quşçuluq massivində yaşayan sakinlər yolu bağlayıb. 

BakıPost-un məlumatına görə, bu gün əraziyə baxan işıq idarəsi “ABC-İNŞAAT” MTK-ya məxsus binada heç bir borcu olmayan 289 mənzilin işığını kəsib. Qazı olmayan binada yaşayan əhali buna etiraz edərək yolu bağlayıb. 
Sakinlər bildirib ki, işığın kəsilməsinin əsas səbəbkarı bu ilin yayında işıq idarəsinə yeni rəis təyin olunan Mehman adlı şəxsdir: “Yeni rəis borcları almaq üçün bütün MTK-ların hər birinə 10-15 min borc yazıb. Bu səbəbdən idarənin işçiləri işıq sayğaclarını yoxlama adı ilə özləri aparırlar.Sayğacları  gətirib yerinə qoyanda isə 15 min borcun olduğunu deyirlər. Halbuki sayğacı aparılanda nə qədər borcun olması ilə bağlı akt yazılmalı idi”.
Sakinlər onu da qeyd ediblər ki, bu məsələ, hətta icra başçısına kimi şikayət ediblər. Amma yenə də məsələ həll olunmayıb.
Sakinlərin yolu bağlaması nəticəsində binanın Rauf adlı komendantı və bir necə şəxsi Polis Şöbəsinə aparıblar.
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə