.
.

Zelenski Donbasda ölən hərbçilərin sayını açıqladı

01:44 - 07 Aprel
    8200 oxunma

Ukrayna Prezidenti Vladimir Zelenski 2020-ci ilin iyulunda Donbasda atəşkəs elan ediləndən bəri 28 Ukrayna hərbçisinin öldüyünü bildirib. Bu barədə o, Tvitter səhifəsində yazıb. Zelenski bildirib ki, ölən hərbçilərdən 24-ü bu il həlak olub.

“Atəşkəs rejimi dövründə atışmalar səbəbindən Donbasda 28 hərbçi ölüb. Onlardan 24-ü bu il həlak olub. Təkcə martın 26-dan indiyədək 8 hərbçimizi itirmişik. Müharibənin hər günü bizə Ukraynanın gələcəyini qurmalı olan cəsur, vətənpərvər insanların həyatına başa gəlir”.

 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84