.
.

Vyanada İranın nazir müavininə hücum edildi

16:59 - 06 Aprel
    10520 oxunma

İran müxalifətinin xarici ölkədə yaşayan nümayəndəsi Vyanada səfərdə olan İran Xarici İşlər nazirinin müavini Abbas Arakçıya hücum etməyə cəhd edib.

Bizimxeber.az bildirir ki, bu barədə "Mehr" Xəbər Agentliyi məlumat yayıb.

"Anti-inqilabçı hərəkatın üzvlərindən biri, hazırda İranın nüvə anlaşması ilə bağlı danışıqlar aparmaq üçün Vyanada olan Arakçiyı təhqir etməyə başlayıb, bundan sonra diplomata hücum etməyə cəhd edib" - deyə məlumatda bildirilir.

Agentliyin məlumatına görə, İranda qadağan olunmuş İran Xalqının Mücahidləri Təşkilatının və digər əks-inqilabçılar Vyanada ortaq komissiyanın toplandığı məkanın qarşısında etiraz etmək üçün toplaşıblar.

İranın Vyanadakı səfirliyi Avstriya polisini İran nümayəndələrinin təhlükəsizliyini təmin etməyə çağırıb.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84