Vətəndaş DYP-nin protokoluna etiraz etsə də, araşdırılmadığını deyir

12:52 - 22 Fevral
    5280 oxunma


Yol polisi tərəfindən cərimə olunan sürücü yazılmış protokolun qanunsuz olduğunu iddia edir. 

Bizimxeber.az-a daxil olan şikayət müraciətində sürücü Rzayev Samir Əlövsət oğlu bildirir ki, DYP inspektorunun onun barəsində yazdığı protokol qanunun tələbləri ilə uzlaşmır.

S.Rzayev bildirir ki, o, 02.02.2021 il tarixində, gecə saat 00:25 radələrində idarə etdiyi 99 PD 438 Ravon Nexia avtomobili ilə şəhər istiqamətində ikinci dərəcəli yolda hərəkətdə olan zaman DYP-nin 99 YP 487 nömrə nişanlı avtomobili tərəfindən saxlanılıb: "Özünü təqdim edən polis serjantı Məmmədov Anar Rahilyeviç bildirdi ki, H. Əliyev prospektində ikinci dərəcəli yolda sol zolaqda hərəkət etmək olmaz. Mən isə sürət həddinin 60 olduğu zolaqda 65 km sürətlə hərəkətdə olduğumu bildirdim. Daha sonra mənə bildirdi ki, maska niyə taxmamısan? Mən də əmlakım olan avtomobildə maskadan istifadənin məcburi olmadığını xatırlatdım. Daha sonra dedi ki, içkilisiz və əlindəki alkotesti uzadıb yoxlamasını tələb etdi. Mən isə COVİD-19 səbəbiylə bu aparata nəfəs verməyəcəyimi bildirdim. Ziq qəsəbəsi və ya Nizami metrosunun yaxınlığında yerləşən tibbi məntəqələrdə alkotestdən keçməyə hazır olduğumu dedim.

Bu zaman mənə protokol tətbiq edəcəyini dedi və tətbiq etdi. Təbii ki, mən protokolla razılasmadım və 102 xidmətinə zəng etdim".

S.Rzayev əlavə edib ki, 102 xidmətinə zəng edən zaman polis əməkdaşı ona - "məni 102 xidməti ilə qorxudursan?" sualını verib: "Əslində mənim 102 xidmətinə müraciətim polisin avtomobilində qatar işıqlarının yanmaması ilə bağlı idi. Bunlar necə ximət aparırlar? Qaydaları özləri pozduğu halda sürücüyə hansı əsas və qanunla protokol yaza bilərlər? Təhlükəsiz şəhər kameraları vasitəsi ilə baş verənləri görmək və araşdırmaq olar. Hətta DYP əməkdaşının üzərində olan səs yazan vasitəsi ilə də araşdırma aparmaq mümkündür".

S. Rzayev bilririr ki, 102 xidmətinə müraciət etsə də, bu günə kimi maraqlanan olmayıb: "O gundən bu günə kimi şikayətimlə maraqlanan yoxdur. İndi inandım ki polis çavuşu düz deyirmiş. Onların 102 xidmətindən qorxuları yoxdur. Aidiyyatı qurumlardan müraciətimin, eləcə də etiraz etdiyim protokolun araşdırılmasını xahiş edirəm."

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84