UFC prezidenti: “Həbib geri qayıdıb 30-cu qələbəsini qazana bilər”

14:13 - 30 Oktyabr
    19750 oxunma

UFC prezidenti Dana Uayt “CBS Sports Radio”nun efirində Həbib Nurməhəmmədovun karyerasını bərpa edəcəyini gözlədiyini bildirib. Xatırladaq ki, 32 yaşlı rusiyalı döyüşçü ABŞ idmançısı Castin Qetjiyə qalib gəldikdən sonra karyerasını bitirdiyini elan edib.

“Mən döyüşdən sonra Həbib və komandası ilə danışdım, onlar emosiyalara qərq olmuşdular. O, geri qayıdıb 30-cu qələbəsini qazana bilər. Mən bunu səbirsizliklə gözləyirəm.

Onun atası belə olmasını istəyirdi. Onun geri dönüşü necə olacaq? Hələ bilmirəm, heç kim bilmir”, - deyə D.Uayt bildirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84