Tramp: "Nurməhəmmədovu dünyanın ən güclü döyüşçüsüdür"

12:52 - 15 Sentyabr
    1740 oxunma

ABŞ prezidenti Donald Tramp Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovu dünyanın ən güclü MMA döyüşçüsü adlandırıb. 

Bizimxeber.az bildirir ki, bu barədə Tramp Nurməhəmmədovun oktyabrda ABŞ təmsilçisi Castin Geyci ilə qarşılaşması barədə danışarkən açıqlama verib.

ABŞ prezidenti bu görüşə baxacağını bildirib: "Geyci çəki dərəcələrindən asılı olmayaraq dünyanın reytinqdə bir nömrəli döyüşçüsünə qarşı möhtəşəm qarşılaşmaya çıxacaq. O, rəqibini nakauta salacağını söylədi. Döyüş prezident seçkilərindən əvvəl olacaq, amma izləmək fikrindəyik. İnanılmaz mübarizə olacaq". 

Qeyd edək ki, Həbib Nurməhəmmədov və Castin Geyci arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC-254 turniri zamanı gerçəkləşəcək.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84