Tramp Ağ Evi boşaldır - Əşyalar floridaya aparılıb

10:55 - 13 Yanvar
    1820 oxunma

ABŞ-da 20 yanvar tarixində prezidentlik postunu təhvil alacaq Cozef Bayden və ailəsinin Ağ Evə köçməsindən öncə aparılacaq təmizlik işləri üçün 286 min dollar büdcə ayrıldığı məlum olub.

Bizimxeber.az bildirir ki,  20 yanvarda xüsusi seçilmiş bir qrup tərəfindən Ağ Evin təhvil verilməsi üçün intensiv təmizlik işlərinə başlanılacaq. Ofislərin yerləşdiyi hissənin və yaşayış hissəsinin təmizlənməsi üçün ümumilikdə 286 min dollar xərclənəcəyi gözlənilir.

Bu büdcə çərçivəsində ümumi təmizlik üçün 127 min dollar, xalça təmizlənməsi üçün 44 min dollar və alınacaq materiallar üçün 115 min dollar ayrılacaq. “COVID-19” səbəbiylə xüsusi diqqət göstəriləcək təmizlik çərçivəsində, binanın baxım və təmir işləri də tamamlanacaq.

Bununla yanaşı, Donald Trampın xanımı Melania Trampın son iki ayda bir çox əşyasını cütlüyün bundan sonra yaşayacağı Floridaya apardığı bildirilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84