Tofiq Musayevin pul problemi həll olundu

12:50 - 29 İyun
    10435 oxunma

“Rizin” təşkilatı ilə aramda olan məsələ artıq öz yoluna qoyuldu. Düzdür, pulumu altı ay gecikdirdilər. Amma gecikmə də onlardan asılı deyildi”. Bunu MMA döyüşçüsü Tofiq Musayev Oxu.Az-ın əməkdaşı Səbuhi Musayevlə “Instagram”da canlı söhbət zamanı deyib. O, ötən ilin sonuncu günündə qazandığı “Rizin” Qran-Pri kəmərinə görə veriləcək pulun gecikdirilməsinə aydınlıq gətirib:

“Karantinə görə Yaponiyada banklar qısa müddət işləyir. Həmçinin, “Rizin” təşkilatı ilə sponsoru arasında da müəyyən problemlər vardı. Artıq bu problem öz həllini tapıb. Yaxın zamanlarda pulumu göndərəcəklər”.

Tofiq Musayev yeni mövsümdən “Rizin”də olmayacağını, başqa təşkilatla danışıqlar apardığını bildirib: “Rizin”lə müqaviləm başa çatıb. Mənim yeni müqaviləm başqa təşkilatla olacaq. Artıq həmin təşkilatla danışıqlar aparırıq. Hələlik təşkilatın adını çəkməyəcəyəm. Amma birinci adını çəkəcəyim sayt Oxu.Az olacaq. Aprelin 18-də braziliyalı Luiz Qustavo ilə “Rizin”də qarşılaşmalı idim, lakin karantinə görə təxirə salınan döyüş sonradan ləğv olundu”.

Qeyd edək ki, Tofiq Musayev UFC-də idmançıya “Rizin”, “Bellator” və “One FC” təşkilatları ilə müqayisədə, az pul verildiyini bildirib. Bu səbəbdən Tofiqin qeyd etdiyimiz son iki təşkilatdan biri ilə müqavilə bağlayacağı gözlənilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84