ÜST maskaların istifadəsinə dair təlimatını yenilədi

15:27 - 06 İyun
    1225 oxunma

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusuna nəzarət üçün maskaların istifadəsinə dair təlimatını yeniləyib. ÜST-ün Azərbaycan nümayəndəliyindən Qaynarinfo-ya bildirilib ki, bu təlimat yeni əldə olunmuş sübutlara əsaslanır. 

Bununla ÜST hökumətlərə yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün ilk dəfə ictimai yerlərdə üz maskaları taxmağı tövsiyə edib. Təlimatda səhiyyə müəssisələrində işləyən bütün işçilərin maska taxmalı olduğu bildirilib. Həmçinin 60 yaşdan yuxarı və sağlamlıq problemləri olan insanlara ictimai yerlədə olarkən və sosial məsafənin mümkün olmadığı yerlərdə tibbi maska taxması tövsiyə olunub. 

ÜST hökumətlərə ictimai nəqliyyatda, mağazalarda, digər qapalı və ya izdihamlı mühitdə xalqa maska taxmağı təşviq etmələrini və bu yerlərdə üçqat parça maskalardan istifadəni tövsiyə edib.

Təlimata əsasən, belə maskalar yüksək temperaturda tez-tez yuyulmalıdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84