Sarayda qanunsuz ət kəsənlər saxlanıldılar - Foto

13:08 - 31 İyul
    3935 oxunma

Saray qəsəbəsində qanunsuz ət kəsimi ilə məşğul olan şəxslər saxlanılıblar. Bu barədə DİN-dən Bizimxeber.az-a daxil olan məlumatda deyilir: "Xəbər verildiyi kimi bu il pandemiya şəraiti nəzərə alınmaqla qurbanlıq heyvanların kəsimində və satışında əvvəlki illərdən fərqli olaraq kütləviliyə, insanların sıx toplaşmasına, müəyyən edilmiş yerlərdən kənarda satışa və kəsimə icazə verilməyib. Buna baxmayaraq bəzi şəxslər bu tələblərin yerinə yetirməkdən boyun qaçırmağa çalışırlar.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Saray qəsəbəsində yerləşən “Xocavənd” ət dükanında karantin qaydalarını pozaraq ət kəsimi ilə məşğul olan şəxslər saxlanılıblar. Tədbir zamanı Saray qəsəbəsi sakini Rafiq Quliyev və Bərdə rayon sakini Əbülfət Həşimov polisin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq qanunsuz ət kəsimi ilə məşğul olduqları üçün Polis İdarəsinə gətiriliblər. Onlar saxlanılan zaman polis əməkdaşlarının qanuni əmrinə tabe olmayaraq müqavimət göstərməyə də cəhd göstəriblər. Rafiq Quliyev və Əbülfət Həşimov barəsində tərtib olunan inzibati protokola hüquqi qiymət verilməsi üçün toplanan materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun Qobu, Mehdiabad və digər qəsəbələrində də qanunsuz ət kəsimi ilə məşğul olan şəxslərə qarşı tədbirlər davam etdirilir".

 
Sarayda qanunsuz ət kəsənlər saxlanıldılar - Foto
Sarayda qanunsuz ət kəsənlər saxlanıldılar - Foto
Sarayda qanunsuz ət kəsənlər saxlanıldılar - Foto
Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84