Şair Ramaldanov: “Qeyri-sabitliyin yaranması üçün əsas var” - AÇIQLAMA

18:08 - 22 May
    855 oxunma

ABŞ Konqresininn üzvü Frenk Pallone  Azərbaycanın hərbi təlimlərini pisləməyə çağırıb. O, bildirib  ki, pandemiya dovrundə belə təlimlər yolverilməzdir.  Pallone ATƏT-in Minsk qrupunun həmsədrlərinə  göndərdiyi məktubda bu hərbi təlimlərin təhlükəli olduğunu, diplomatik sazişləri pozduğunu və koronavirusun dünyada yüz minlərlə insanın həyatına son qoyduğu bir vaxtda Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb ola biləcəyini yazıb.

Qeyd edək ki, Frenk pallne ABŞ Konqresində erməni lobbisinin əsas nümayənədlərindən sayılır. Hətta o, ermənilərin dəvəti ilə işal altındakı ərazilərə, o cümlədən dağlıq Qarabağa qanunusuz səfər etdiyinə görə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən adı “qara siyahı”ya salınıb.

Pallonenin müraciətini Bizimeber.az-a şərh edən Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov  həmin arqumentlərin heç bir əsasının olmadığını bildirib: “Pallone ABŞ-da erməni lobbisinin ən fəal təmsilçilərin olan senatordur. Ona görə də Frenk Pallone vaxtşırı Azərbaycan əleyhinə belə çıxışlar edir. O ki, qaldı təlimlərlə bağlı ermənilərin narahatçılığına, Azərbaycan tərəfi buna cavab verib. 

Bildirib ki, həmin təlimlər planda nəzərdə tutulmuş qaydada və Azərbaycan ərazisində keçirilib.  Pandimiya ilə bağlı iddialara gəlincə, koronavirus yeni yayılmağa başlayanda Azərbaycan Müdafiə Nazirliyinin rəbərliyi Tibb İdarəsi ilə bütün qabaqlayıcə tədbirləri görüb. 

Nəticə etibarilə deyə bilərik ki, təmas xəttində əsgərlərimiz və zabitlərimiz döyüş mövqeyində olsalar da yoluxma faktları aşkarlanmayıb. Bu da onu göstərir ki, Azərbaycan ordusunda pandemiya ilə bağlı bütün tədbirlər düzgün görülüb və şəxsi heyət virusdan qorunub.

 Bizim əsgərlərimiz həmin ərazilərdə döyüş tapşırığını yerinə yetiri və Azərbaycan ərazilərini düşməndən qoruyur. Ona görə də deyərdim ki, Pallonenin məqsədi təlimləri pandemiya ilə balamaq deyil. Koronavirus sadəcə bir bəhanədir. 

Belə olduğu halda konqresmen Ermənistanı BMT Təhülkəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirib işğal etdiyi ərazilərdən çıxmağa çağırardı. Səngərlərdə də belə əsgər sıxlığı olmazdı. Necə olur ki, Frenk Pallone koronavirus dövründə Azərbaycanın işğal altındakı ərazilərə nəzarət edən və səngərdəki erməni əsgərlərini görmür, amma Azərbaycan silahlı qüvvələrinin üç-dörd günlük təlimlərini Cənubi Qafqazda sabitliyin pozulması kimi qələmə verir.

Qeyri-sabit vəziyyət yaranacaq. Çünki Dağlıq Qarabağdakı işğalçı rejimin yeni rəhbərinin andiçmə mərasimini Şuşada keçirməsi və müəyyən tədbiorləri tez-tez Şuşaya salmaqla ermənilər bilirlər ki, bu Azərbaycan cəmiyyətini qıcıqlandırır. 
Düşünürəm ki, qeyri-sabitliyin yaranması üçün əsas var. Yəni Azərbaycan öz ərazilərini azad etmək üçün hər an anti-terror əməliyyatı aparmağa hazır olmalıdır. Azərbaycan öz ərazilərini işğalçı Ermənistan ordusundan azad etməlidir. ABŞ və digər həmsdər ölkələr də işğalçını pisləmək və öz əməlindən çəkindirmək əvəzinə ikili standartlardan çıxış edir. Bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü bir vaxtda işğalçı qınanmır. 

Hesab edirəm ki, Cənubi Qafqazda hər hansı qeyri-sabitlik yaranarsa, bunun səbəbi Ermənistandır.  Azərbaycan artıq problemin sülh yolu ilə həllinin qeyri-mümkün olduğunu görərək, Azərbaycan xalqına müraciət etməklə öz torpaqlarını güc yolu ilə azad etməli olacaq”.  

Bizimxeber.az
Azad 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84