Rusiya avia uçuşların bərpa tarixini açıqladı

11:37 - 02 İyun
    6750 oxunma

Koronavirusun pandemiyası fonunda dayandırılmış beynəlxalq hava uçuşları artıq "avqust-sentyabr"da bərpa oluna bilər. 

Bizimxeber.az “RBC”-ya istinadən xəbər verir ki, bu barədə "Ural Hava Yolları" aviaşirkətinin Baş direktoru Sergey Skuratov müsahibəsində bildirib. Onun sözlərinə görə, xarici reyslərin bərpası tədricən baş verəcək və məhdudiyyətlərin aradan qaldırılmasının birinci mərhələsində MDB ölkələrinə uçuşlar başlana bilər.

"Ola bilər ki, Gürcüstan (aviauçuşlara icazə verilsə) açılsın. Yəqin ki, avqust-sentyabr aylarında beynəlxalq uçuşlar açılacaq. Həm də mərhələli şəkildə. Amma hara olur olsun başlamaq lazımdır", deyə Skuratov əlavə edib.

Qeyd edək ki, mayın 18-də Rusiya Tur-Operatorlar Assosiasiyasının vitse-prezidenti Dmitri Qorin bildirib ki, koronavirusun yayılması ilə bağlı vəziyyətin müsbət dinamikasını nəzərə alaraq, beynəlxalq hava əlaqəsi 2020-ci ilin üçüncü rübündə bərpa edilə bilər. Onun fikrincə, uçuşların bərpası üçün əsas şərt infeksiyaların sayının əhəmiyyətli dərəcədə azaldılmasıdır.

Aprel ayında S7 Group-un idarə heyətinin əsas sahibi və sədri Vladislav Filevxarici uçuşlar yalnız 2021-ci ilin aprel ayında bərpa edilə biləcəyini söyləyib. Onun fikrincə, proqnoz dünyada xəstəliyin davamiyyətindən aslıdır.

Xatırladaq ki, Rusiya martın 27-də digər ölkələrlə müntəzəm və çarter hava əlaqəsini dayandırıb. Xaricdəki rusların qaytarılması üçün təşkil edilən uçuşlar və hökumətin tapşırığı ilə ayrı-ayrı uçuşlar istisna təşkil edir.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84