Rəsul Quliyev mövqeyini açıqladı - "...ölkəni idarə etmək şansı yoxdur”

13:58 - 15 Sentyabr
    1010 oxunma

“Azərbaycanda müxalifətdə olanların heç birinin ölkəni idarə etmək şansı yoxdur. Heç kiçik bir partiyanı normal yaradıb işlədə bilmirlər. Ona görə Azərbaycanda reformalar yolu ilə xalqın rəğbətini qazanmaq hökümətin üzərinə düşür”.

Bizimxeber.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev qeyd edib ki, bu günə qədər heç bir işlə məşğul olmayan reytinqsiz Kərimlini, Həsənlini, kənd jurnalisti Hacılını (Mütəllibovun hakimiyyəti qoyub qaçandan sonra yarı demokratik, yarı saxtakarlıqla hökümətdə işləmiş bu adamlar bir illik fəaliyyətləri nəticəsində ölkədəki idarəçiliyin bütün hüceyrələrini məhv etmişdilər) tənqid etməklə onlara qarşı diqqəti gücləndirmək kimə lazımdır: “Xəstə Tofiq Yaqubluya (etdiyi cinayət əgər həqiqətdirsə) o səviyyədə həbs cəzası vermək kimə lazımdır.

Onu maksimum cərimələmək və ya şərti iş vermək olardı. Xalqın etimadını qazanmaq üçün korrupsiya və rüşvətlə real mübarizə davam etdirilməli və fundamental reformalar başlanmalıdır”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84