Ramiz Mehdiyev Elşad Abdullayevi niyə deputat seçdirmək istəyirdi? - İLGİNC

12:16 - 17 İyun
    18070 oxunma

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucu üzvü, keçmiş icra başçısı Musa Musayev 2005-ci ildə keçirilən parlament seçkilərindəki məğlubiyyətinin səbəblərinin açıqlayıb.

Musa Musayev 8 saylı Binəqədi seçki dairəsindən YAP-ın namizədi olmasına və exit-poll-a qalib elan edilməsinə baxmayaraq, qutudan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev çıxıb. YAP-ın qurucu üzvü bildirib ki, hələ namizədliyini irəli sürəndə Binəqidinin o vaxtkı icra başçısı Alı Qocayevlə görüşüb. İcra başçısı Musa Musayevə bildirib ki, Ramiz Mehdiyev onun deputat seçilməsinin əleyhinədir. Eyni sözləri keçmiş spiker Oqtay Əsədov da bildirib.

Musa Musayevin sözlərinə görə, Naftalanın icra başçısı təyin ediləndə Ramiz Mehdiyevlə görüşərkən bu məsələ barədə danışıb. O, isə deyilənləri təkzib edib.

O zaman ictimai-siyasi mühitdə də gedən müzakirələrdə də Musa Musayevin deputat seçilməməsi Ramiz Mehdiyev faktou ilə əlaqələndirilirdi. Bu iddia “Azərbaycan”qəzetində həmin vaxt Bakının icra başçısı olan Hacıbala Abutalıbovun tənqid olunması, Musa Musayevin isə Milli Məclisdə onu müdafiə etməsindən doğurdu. Hacıbala Abutalıbovla Ramiz Mehdiyevin münasibətlərinin ürəkaçan olmadığı barədə həmin dövrdə çox yazılıb. Rəsmi nəşr olan “Azərbaycan” qəzetində Bakı merinin sərt tənqidi də Ramiz Mehdiyevin aktivinə yazılmışdı.

Həmin ərəfədə “Yeni Azərbaycan” qəzetində Hacıbala Abutalıbovun müdafisəinə həs olunmuş məqalə dərc olundu. Həmin vaxt YAP-ın rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Musa Musayevin əmisi oğlu Alqış Musayev idi.

Məhz bu qalmaqaldan sonra hakim partiyanın qurulmasında iştirak edən, mərhum Heydər Əliyevin ən çətin günlərində onun yanında olan Musa Musayevin Milli Məclisdən kənarda qalması hansısa güclü əlin işi olmalı idi. Ki, bu əlin Ramiz Mehdiyev olduğu bildirilirdi.

Hacıbala Abıtalıbovla bağlı qalmaqal təkcə Musa Musayevin deyil, Alqış Musayevin də “qara siyahı”ya düşməsinə səbəb oldu. O, 2008-ci ilə qədər postunu qoruya bilsə də, nəhayət, “Yeni Azərbaycan” qəzetinin rəhbərliyindən getməyə məcbur oldu. Hər iki şəxs YAP-da da xeyli dərəcədə sıxışdırılıdı. /yenisabah.az/


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84