"Qarabağ" - "Vilyarreal" oyununda ilk yarı qolsuz bitdi (YENİLƏNİR)

23:18 - 29 Oktyabr
    19690 oxunma

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək. Bizimxeber.az xəbər verir ki, I qrupunda yer alan Ağdam klubu ikinci sınağında İspaniyanın "Vilyarreal" komandası ilə üz-üzə gələcək. 

Ölkəmizdə hərbi vəziyyətlə bağlı olaraq görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. Hər iki komandanın heyətində oyun öncəsi itkilər var. "Qarabağ"da Bədavi Hüseynov matçı buraxa bilər. Mahir Emreli və Maksim Medvedevin meydana çıxması da sual altındadır. "Vilyarreal"da isə Dani Parexo, Pervis Estupinyan və Jerar Moreno Azərbaycan çempionuna qarşı oynamayacaq.

Qurban Qurbanovun başçılıq etdiyi komanda qrupun ik oyununda İsraildə Təl-Əviv "Makkabi"sinə 0:1 hesabı ilə uduzub. La Liqa təmsilçisi isə evdə keçirdiyi görüşdə "Sivasspor"a qalib gəlib - 5:3.

Qeyd edək ki, "Vilyarreal" 3 xalla qrupun lideridir. Xalı olmayan "Qarabağ" isə 3-cü pillədə qərarlaşıb.

UEFA Avropa Liqası

Qrup mərhələsi

II tur

29 oktyabr

21.55 Qarabağ (Azərbaycan) - Vilyarreal (İspaniya) 0:0

Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 7. Kvabena Ovusu, 9. Xayme Ramero, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 77. Donald Gerye, 81. Kevin Medina.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 11. Mahir Emreli, 5. Maksim Medvedev, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 8. Uroş Matiç.

Baş məşqçi: Qurban Qurbanov.

Vilyarreal: 13. Xeronimo Rulyi, 24. Alfonso Pedrasa, 21. Xaume Kosta, 4. Pau Torres, 8. Xuan Foyt, 20. Ruben Penya, 21. Samuel Çukvueze, 10. Visente İborra (k), 14. Manu Trigeros, 16. Takefusa Kubo, 9. Karlos Bakka.

Ehtiyat oyunçular: 1. Serxio Asenxo, 35. Filip Yorgensen, 2. Mario Qaspar, 6. Funes Mori, 23. Moi Qomes, 17. Pako Alkaser, 34. Fernando Ninyo, 3. Raul Albiol, 19. Frensis Kokelin, 32. Aleks Baena, 30. Yeremi Pino.

Baş məşqçi: Unay Emeri.

Hakimlər: Pavel Orel, Petr Blazej, Jiri Krij, Andrey Pekanets (Çexiya).

Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan).

UEFA nümayəndəsi: Anna Bordyuqova (Ukrayna).

İstanbul. "Başakşəhər Fatih Terim" stadionu.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84