Qalmaqallı “qara qutu”nun oxunma tarixi məlum oldu

01:55 - 30 İyun
    1525 oxunma

İran səhvən vurulmuş Ukrayna təyyarəsinin “qara qutu”sunun şifrəsini Fransanın iştirakı ilə iyunun 20-də Parisdə açacaq. İranın “Tasnim” agentliyi xəbər verir ki, bu barədə İran Xarici İşlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Möhsün Baharvənd məlumat verib.

Baharvənd bildirib ki, tərəflər, demək olar ki, bütün mübahisəli məqamlar barədə razılıq əldə ediblər.  

Qeyd edək ki, yanvarın 8-də İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat verərək, təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84