.
.

“Qaçqınkom” 42 minə zibilqabı alır - "AZMON-1” MMC hansı məmurundur?

13:24 - 05 Aprel
    14160 oxunma

Qaçqınların və Məcburi Köçkünlərın İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti "AZMON-1” MMC ilə maliyyə dəyəri 42 018.03 AZN təşkil edən müqavilə bağlayıb.  

"Bizimxeber.az" bildirir ki, müqavilədə 240 litrlik yeni dəmir tullantı qutularının alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından qeyd edilir ki, "AZMON-1” MMC 15 sentyabr 2009-cu il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanının Bakı şəhəri Suraxanı rayonu,Qaraçuxur qəsəbəsi, məhəllə 4042/4060, ev 7, mənzil 21-də yerləşir. Şirkətin qanuni təmsilçisi Həsənov Heydər Bayram oğludur.

Açıq mənbələrdə Heydər Həsənov barədə hər hansı məlumat yoxdur.

"AZMON-1” MMC-yə gəlincə, araşdırmalar zamanı məlum olub ki, bu şirkət vaxtaşırı Qaçqınların və Məcburi Köçkünlərın İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi olur.

2019-cu ildə qurum şirkətlə 49 845.12 AZN dəyərində müqavilə imzalayıb. Müqavilədə "AZMON-1” MMC məcburi köçkünlər üçün salınmış qəsəbələrdə söhbətgahlar quraşdırılması nəzərdə tutulub.

2 aprel 2020-ci il tarixdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti yenə də "AZMON-1” MMC ilə müqavilə bağlayıb. Maliyyə dəyəri 49 755.41 AZN təşkil edən bu müqavilədə də söhbətgahların quruaşdırılması nəzərdə tutulur. Əvvəlki tenderdən fərqli olaraq burada söhbərgahların sayı da açıqlanıb: 8 ədəd. 

Sadə hesablama aparsaq, 1 söhbətgahın quraşdırılmasının 6219 AZN-ə gəldiyini görərik. Bunun nə dərəcədə real olduğuna artıq  Komitə aydınlıq gətiməlidir. /hit.az/

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84