.
.

Putinlə Koçaryan 1 saat nədən danışıblar? -  Təfərrüatlar gizli saxlanılır

12:54 - 06 Aprel
    11440 oxunma

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Moskvada olduğu müddətdə Rusiya Prezidenti Vladimir Putinlə 1 saat söhbət edib. 

Bizimxeber.az bildirir ki, bu barədə "Sputnik Armenia" xəbər yayıb. Məlumata görə, söhbət koronavirusla bağlı vəziyyətə görə, onlayn aparılıb.

Bildirilir ki, Köçəryanla Putin arasında online görüş keçən həftə, birincinin Moskvaya səfəri zamanı baş tutub. Agentliyin məlumatına görə, tərəflər Ermənistandakı və bölgədəki vəziyyəti müzakirə ediblər.

Görüşün ətraflı təfərüatları isə gizli saxlanılır. Jurnalistlər Putinlə görüşdə nələrin müzakirə olunması ilə bağlı Koçaryandan heç bir məlumat ala bilməyiblər.  

Qeyd edək ki, ötən gün "Posner" verilişində qonaq olar Koçaryanın Ermənistandakı bəzi qüvvələrə anti-Rusiya damğası vurduğu açıq hiss olunub. O, Rusiya mövqeyli olduğunu gizlətməyib, Dağlıq Qarabağdakı hərbi əməliyyatları dayandıərmaq üçün Rusiyanın əlindən gələni etdiyini deyib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84