Polis 4 rayonda əməliyyat keçirdi

13:28 - 22 Fevral
    13600 oxunma


Rayon Polis Şöbələri tərəfindən keçirilən əməliyyatlarda qanunsuz silahlar aşkar edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən Qırmızıkənd kəndi ərazisində qanunsuz ov etdikləri üçün kənd sakinləri B.Sailov və X.Quliyev saxlanılıblar. Araşdırma ilə Onlarda "İJ” markalı ov tüfənglərinin  olduğu müəyyən edilib.

Bundan başqa, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini K.Alıyevdən "TOZ-16” markalı, İsmayıllının Qalınçaq kənd sakini C.Əhmədovdan "İJ-16” markalı, Şəmkir rayonu Əliyaqublu kənd sakini S.Abbasovdan isə müvafiq sənədləri olmayan "İJ-16” markalı ov tüfəngləri müəyyən edilərək götürülüb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84