.
.

Paşinyanın müşaviri Baş Qərargah rəisinin müavini təyin olunacaq

11:17 - 07 Aprel
    8960 oxunma

Ermənistan baş naziri Nikol Paşinyanın keçmiş müşaviri Arşak Karapetyan yaxın vaxtlarda Baş Qərargah rəisinin müavini təyin ediləcək. 

Bizimxeber.az bildirir ki, bu barədə Armlur.am portalı məlumat yayıb. Məlumata görə, Karapetyan Baş Qərargah rəisi Artak Davtyanın yaxın dostudur.

Bildirilir ki, Davtyanın oğlunun qalmaqallı toyu ilə əlaqədar istefasından sonra onun Hərbi Sənaye Komitəsinin rəhbərinə təyin olunmasına lobbiçilik edən Karapetyan olub.

Xatırladaq ki, Arşak Karapetyan aprel döyüşlərindən sonra Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat şöbəsinin müdiri vəzifəsindən çıxarılıb. 17 dekabr 2018-ci ildə baş nazir onu özünə müşavir təyin edib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84