OYAL qayda-qanunları pozur – SAKİNLƏR ŞİKAYƏT EDİR

12:55 - 15 Sentyabr
    1170 oxunma

Azərbaycanda ofis və məktəb ləvazimatlarının satışını həyata keçirən “İnci Group of Companies” MMC-nin ticarət nişanı olan OYAL-a məxsus avtomobil qanun pozuntusuna yol verib. Bizimxeber.az bildirir ki, bu barədə sosial şəbəkə istifadəsçisi Mehman Məhərəmov öz profilində paylaşım edib.

Şikayətçi bildirir ki, OYAl-ın süsücüsünün yolu bağlaması nəticəsində uzun tıxac yaranıb. “14 sentyabr tarixində axşam saatlarında OYAL-a məxsus 99-JM-985 dövlət qeydiyyatlı “Ford Transit” avtomobili Qovlar şəhərində avtovağzalının qarşısında düzgün park etməyərək avtomobil yolunu bağlayıb.

Nəticədə, yol birtərəfli və tıxac idi. Uzun siqnallardan sonra sahibi gəlib çıxdı və camaata çəmkirdi. Yüksək səviyyəli tərbiyəsini əyani göstərdi. Mən də şəklini çəkib göstərirəm ki, Tovuz yol polisləri bu xuliqanı tanısınlar və onun layiq olduğu mükafatını versinlər”.

OYAL qayda-qanunları pozur
OYAL qayda-qanunları pozur
OYAL qayda-qanunları pozur
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84