Minskidə Gözəllik Müsabiqəsi keçirildi - FOTO

20:11 - 28 İyun
    3770 oxunma

Belarusiya dünyada, COVİD-19 la mübarizə fonunda ölkədə heç bir məhdudiyyətlər və qadağalar tətbiq etməyən yeganə dövlətdir. Bu ilin aprel ayından etibarən bütün dünya ölkələri sərt karantin rejimi tətbiq edərək bütün növ kütləvi tədbirləri, idman yarışlarını, təhsil davamiyyətini və s.  dayandırdı. Lakin Belarusiyada isə bütün tədbirlər, yarışlar və digər mərasimlər öz axarında davam etdirildi.

Belə yarışlardan biri də "Miss və missis Minsk2020" müsabiqəsi oldu.

Bizimxeber.az “Sputnik Belarus”a istinadən xəbər verir ki, iyunun 26-da axşam saatlarında Minsk şəhəri “Prime Hall”da "Miss və missis Minsk2020" müsabiqəsinin finalı gecəsi keçirilib.

Belarus gözəlləri tac uğrunda mübarizə aparıblar.Müsabiqədə həm gənc qızlar, həm də evli qadınları ayrı-ayrılıqda yarışıblar:
"Miss Minsk" və "missis Minsk" müsabiqəsinin birinci mərhələsində 18 yaşdan 28 yaşadək qızlar, ikinci yarışda isə artıq evli xanımlar - 20 yaşdan 45 yaşadək qızlar iştirak ediblər.

Seçimdə üç min ən cəsarətli qızlar iştirak edib ki, onlardan da final üçün 15 "miss" və 16 "missis"seçilib. 

Qaliblər - loqoped-defektoloq Yevgeniya Klimoviç  və Daşınmaz əmlak Mərkəzinin əməkdaşı Mariya Selenya olublar.

Qeyd olunur ki, müsabiqə zamanı koronavirusla bağlı bütün təhlükəsizlik tədbirlərinə riayət olunmuşdur. Belə ki, qonaqların iştirakı yalnız tibbi maskalarda, 1,5 metr sosial məsafə saxlamaq və antiseptik vasitələrdən istifadə etməklə təşkil olmuşdur.

 

Bizimxeber.az

 

 

 

 

 


 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84