.
.

Kreml Ukraynanın NATO-ya üzvlüyünə münasibət bildirdi

14:31 - 06 Aprel
    11080 oxunma

"Ukraynanın NATO-ya üzvlüyü ukraynadaxili problemləri daha da dərinləşdirəcək, tanınmamış Donbass respublikalarının sakinləri üçün qəbuledilməz olacaq".

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin NATO-ya üzvlüklə bağlı açıqlamasını jurnalistlərə şərh edərkən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu üzvülük Ukraynanın daxili probleminin həllinə kömək etməyəcək, əksinə vəziyyəti daha da ağırlaşdıracaq".

"Əgər siz tanınmamış respublikalarda bir neçə milyon insanın fikrini soruşsanız, NATO-ya üzvlüyün bu insanlar üçün son dərəcə qəbuledilməz olduğunu anlayacaqsınız", - deyə Kreml nümayəndəsi əlavə edib.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski bu günlərdə NATO – nun baş katibi Stoltenberq ilə Donbassda təhlükəsizliklə bağlı vəziyyətin gərginləşməsini müzakirə edib və bəyan edib ki, Şimali Atlantika Alyansı Donbasdakı münaqişənin başa çatmasının yeganə yoludur.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84