Komendant postunda saxlanılan avtomobildə qumbara tapıldı

12:51 - 18 Noyabr
    6840 oxunma

Noyabrın 15-də saat 17 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun girişində quraşdırılmış komendant postunda Qubadlı rayon sakini R.Hüseynovun idarə etdiyi "Mercedes” markalı avtomobil saxlanılıb. 

Bu barədə Bizimxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Baxış zamanı avtomobildən içərisində 10 ədəd qumbara alışdırıcısı olan dəmir qutu aşkar edilərək götürülüb.

R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84