İqtisadçı Gömrük Komitəsini tənqid etdi - "Azərbaycanda ştamp iqtisadiyyatı qurulur"

10:05 - 16 Sentyabr
    1185 oxunma

"İnnovaiv texnologiyalara bağlı mal və xidmətlər ƏLÇATAN olardısa...  Bu gün Apple Watch 6 Series modelin ABŞ-da prezentasiyası oldu. Həmin ağıllı saatın Moskvada qiyməti elan edilib - $492.  Azərbaycanda elektronikaya qiymətlər xeyli bahadır, Dubayla müqayisədə isə elə bilirsən Sovet dövrünün KOMİSYONKA mağazasındasan... 

Təsəvvür edin ki, bu il bazara apreldə çıxarılmış Çin istehsalı olan ağıllı saatların ən çox funksiyası olan modelini seçirəm, Bakıda və Moskvadakı qiymətlərlə müqayisə edirəm. Arada fərq 140 manat ətrafındadır və ya bizdə 62% bahadır. Digər cihaz və avadanlıqlarda da belədir".

Bizimxeber.az bildirir ki, iqtisadçı İlham Şaban özünün sosial şəbəkəsində "hökumət BÜDCƏNİN qeyri-neft sektoru vasitəsi ilə artımını əsasən necə təmin edir?" sualına cavab axtarıb. 

"Asan yol tutub - Gömrük Komitəsi hər il 100+% hökumətin plan və tapşırıqlarına əməl edir.  Yəni böyük bir bilik, bacarıq və şəristə tələb edilmədən ŞTAMP İQTİSADİYYATINI (yəni özünün istehsal etmədiyi malların ölkəyə gətirilməsi üçün MÖHÜR vurub vəsait qazanır) genişləndirməklə neftdən azalan gəlirlərinin nəzərə çarpacaq hissəsini buradan əldə edə bilir. Hələlik... 

Ancaq nəyin hesabına? Öz ölkə vətəndaşlarının hesabına. Halbuki ixacayönəlik yüksək gəlir gətirən istehsal sahələri inkişaf etdirilsə idi, yerli bazarın həm alıcılıq qabiliyyəti yüksək olardı (demək, daha keyfiyyətli mal və xidmətlərə oriyentasiyalı olardı istehlakçılarımız), həm də region ölkələrinin alıcılaının özümüzə cəlb etmək imkanı yaranardı və ticarət dövriyyəmiz, ÜDM bunun hesabına 2010-cu ildən sonrakı dövrlə müqayisədə inanılmaz artım templəri nümayiş etdirərdi.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84