İntiharlar halları niyə artır? - Psixoloq

12:07 - 22 Fevral
    4600 oxunma


"Bu gün ən mühüm məqamlardan biri Azərbaycan ailəsində gedən ənənə ilə müasirliyin savaşıdır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov Xətai rayonunda çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü atan 20 yaşlı Sevil Atakişiyevanın intiharından danışarkən deyib. Onun sözlərinə görə, insanların bir qismi ənənəviliyi qoruyur, onu saxlamağa çalışır, bir qismi isə müasirliyi dəstəkləyir: "Bu savasda ailə daxilində konfliklər ortaya çıxır. Ər-arvad, valideynlə övlad arasında problemlər yaranır. Bu narahatçılıqlar fonunda biz görürük ki, müəyyən psixoloji problemlər otaya çıxır.

Şübhəsiz ki, hər bir valideyn öz övladının xoşbəxt olmasını istəyir. Bu istiqamətdə addımlar da atır. Sadəcə bəzən valideynin düşüncəsi ilə övladının düşüncəsi üst-üstə düşmür. Bu gün insan belə bir böhran halı yaşayırsa, zamanında tədbir almaq lazımdır ki, hadisə bədbəxtçiliklə bitməsin”.

Elnur Rüstəmov qeyd edib ki, insanlar böhran hallarını çox yaşayır: "Yəni, həyata məna, anlam qatmaq və s. bu istiqamətdə müəyyən qədər çətinliklər var. İnsan həyatına bir məna, anlam qatanda onun yaşamaq səbəbi də olur.

Və bunu hər bir insan özündə formalaşdırmağı da bacarmalıdır. Bunu formalaşdırmağı bacaran və bacarmayan insanlar var. İnsan da bacarmadıqca, zaman keçdikçə özünə qapanır, narahatlıqları başlayır.

Yəni, mübarizə aparmağa çalışır, ancaq bir müddətdən sonra görürsən ki, insan mənəvi cəhətdən yorulur”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84