İcra hakimiyyəti yol təmirinə - YARIM MİLYONDAN ÇOX PUL XƏCLƏYƏCƏK

09:37 - 16 Sentyabr
    1685 oxunma

İsmayıllı rayon İcra Hakimiyyəti yol çəkilişi üçün tenderin qalibini açıqlayıb. Bizimxeber.az bildirir ki, tenderi "Parlaq-N" MMC-nin 1 saylı filialı əldə edib. İcra hakimiyyəti İsmayıllı şəhərində şəhərdaxili yolların əsaslı təmiri üçün "Parlaq-N" MMC-yə 657 min manat ödəyəcək. Məlumat üçün bildirək ki, uzun illərdir İsmayıllı rayonunda ən böyuk tenderləri bu şirkət qazanır. 

Bizimxeber.az bildirir ki, şirkət 2018-ci ildə 100 yerlik uşaq bağçasının tikintisinə 4,4 mln. manat tender əldə etmişdir.  "Parlaq-N" MMC-nin rəhbərinin kimliyi və şirkət barədə heç bir açıqlama əldə etmək mümkün deyil.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84